Huanyan adasında gəminin çevrilməsi nəticəsində iki nəfər ölüb
Şəfa Hüseynli
Cənubi Çin dənizində Çin və Filippin arasında mübahisəli ada olan Huanyan adası yaxınlığındakı sularda gəminin çevrilməsi nəticəsində ən azı iki nəfər ölüb.
Operativ Media xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Bildirilib ki, batan yük gəmisi Filippindən Çinin cənubundakı Quanqdonq əyalətinə gedirdi. Gəmidə 21 nəfər olub.Huanyan adasından təxminən 55 dəniz mili şimal-qərbdə, gəmi ilə əlaqə kəsilib.