Menyu

Qvineya hökuməti istefaya göndərilib

Operativ Media
Qvineya hökuməti istefaya göndərilib

Qvineya Prezidenti Mamadi Dumbuyanın fərmanı ilə Baş nazir Amadu Uri Banın rəhbərlik etdiyi keçid hökuməti istefaya göndərilib.

Operativ Media xəbər verir ki, bu barədə “Guinee 360” məlumat yayıb.

Dövlət başçısı yeni hökumət formalaşana qədər nazirliklərin rəhbərlərinə cari işlərini davam etdirməyi tapşırıb. Yeni Nazirlər Kabinetinin rəhbərinin adı və hökumətin tərkibinin yaxın günlərdə açıqlanacağı gözlənilir.

Hökumətin istefası Dumbuyanın Qvineya Prezidenti vəzifəsinə başlamasından təxminən bir həftə sonra baş verib. O, dekabrın 28-də keçirilən seçkilərdə qalib gəlib. Qvineya prezidentinin səlahiyyət müddəti yeddi ildir.

Mamadi Dumbuyanın hakimiyyətə gəlişi 2021-ci ilin sentyabrında baş vermiş dövlət çevrilişi ilə əlaqəlidir. Həmin çevriliş nəticəsində sələfi Alfa Konte devrilmişdi. Dekabrda keçirilən seçkilərdən əvvəl ölkədə ümumxalq referendumu ilə yeni Konstitusiya qəbul olunmuşdu. Yaxın vaxtlarda Qvineyada parlament seçkilərinin keçirilməsi gözlənilir və bu seçkilər ölkənin mülki idarəetmə formasına tam qayıdışını yekunlaşdırmalıdır.

Əlaqəli Xəbərlər