13 Mart 2023, 21:26
"Lans"ın futbolçusu rekorda imza atıb

Lans"ın futbolçusu Luis Openda Fransa Liqa 1-də rekorda imza atıb.
"Operativ Media" xəbər verir ki, belçikalı hücumçu "Klermon"la XXVII tur oyununda 4 dəqiqə 30 saniyəyə üç qol vurub. Bu, çempionat tarixinin ən sürətli het-trikidir.
Bundan əvvəl 2005-ci ilin aprelində "Lill"in futbolçusu Mett Mussilu "İstr" ilə görüşdə 4 dəqiqə 43 saniyəyə het-trik etmişdi.
"Lans" Liqa 1-də 54 xalla üçüncü sıradadır.