Tramp Kanada Baş nazirinin Sülh Şurasına dəvətini geri götürüb
Şəfa Hüseynli
ABŞ Prezidenti Donald Tramp Kanadanın Sülh Şurasına qoşulmaq dəvətini geri götürüb.
Operativ Media xəbər verir ki, bu barədə Tramp "Truth Social" hesabında yazıb.
"Hörmətli Baş nazir Karni, qoy bu məktub Sülh Şurasının indiyə qədər yaradılmış ən nüfuzlu Liderlik Şurasının üzvü kimi Kanadaya qoşulmaq dəvətini geri götürdüyünün təsdiqi olsun", - Amerika lideri yazıb.
Tramp Kanadanın Baş naziri Mark Karninin artıq Sülh Şurasının xoş qarşılanan üzvü olmayacağını bildirib.