Gürcüstan Azərbaycan və Ermənistan münasibətlərində əldə olunan irəliləyiş alqışlayır
Operativ Media
Gürcüstan Azərbaycan və Ermənistan arasında münasibətlərin bərpasını və ticarət-iqtisadi əlaqələrin inkişafını alqışlayır.
Operativ Media xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze "İmedi" telekanalında bildirib.
Onun sözlərinə görə, Gürcüstanın tranzit rolunu itirə biləcəyi fikri sadəcə fərziyyədir.
"Gürcüstanın tranzit rolunu gücləndirmək üçün əhəmiyyətli investisiyalar qoyulur. Bunu təsdiqləmək üçün bir göstəricini qeyd edəcəyəm: son beş ildə Orta Dəhliz boyunca yük daşımaları yeddi dəfə artıb. Yeganə məqsədimiz artan yük həcmlərini idarə etmək üçün infrastrukturumuzdan mümkün qədər səmərəli istifadə etməkdir. Gələcəkdə tranzit rolumuzu inkişaf etdirmək üçün mümkün qədər çox investisiya qoyacağıq", - Kobaxidze əlavə edib.