Qrenlandiyada Danimarka qoşunları hazır vəziyyətə gətirilib
Operativ Media
Danimarkanın Baş naziri Mette Frederiksen Qrenlandiyaya yerləşdirilən qoşunlara mümkün hücum halında hərbi əməliyyatlara hazır olmaq əmri verildiyini açıqlayıb.
Operativ Media-nın HLN nəşrinə istinadən verdiyi məlumata görə, Frederiksen ABŞ ilə Arktika təhlükəsizliyi məsələlərində danışıqlara hazır olduqlarını, lakin Qrenlandiya ilə bağlı “qırmızı xətlərin” pozulmayacağını bildirib.
ABŞ Prezidenti Donald Tramp isə adanın idarə olunması ilə bağlı razılaşmanın əldə edildiyini və ABŞ-nin Qrenlandiyaya tam giriş imkanının təmin olunduğunu açıqlayıb.