Avropa Komissiyası Ukraynaya 447 generator göndərir
Şəfa Hüseynli
Avropa Komissiyası Ukraynaya 447 generator göndərir.
Operativ Media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Avropa Komissiyası Rusiyanın enerji infrastrukturuna amansız hücumlarından təsirlənən xəstəxanalara, sığınacaqlara və həyat təminatı xidmətlərinə elektrik enerjisini bərpa etmək üçün Ukraynaya ümumi dəyəri 3,7 milyon avro olan generatorlar göndərəcəyini bildirib.
"Generatorlar Ukrayna Qırmızı Xaç Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində ən çox təsirlənən ərazilərə paylanacaq".- sənəddə deyilir.