Səudiyyə Ərəbistanı Özbəkistana yeni səfir təyin edib
Şəfa Hüseynli
Səudiyyə Ərəbistanı Krallığı Səad bin Nasir bin Abdullah Əbu Haymedi Özbəkistana yeni səfir təyin edib.
Operativ Media xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, nazir Bəxtiyor Saidov yanvarın 24-də diplomatik nümayəndəliyin yeni rəhbəri ilə görüş keçirib. Qeyd olunub ki, ölkələr arasında münasibətlər bir çox sahələrdə sürətlə inkişaf edir.
Görüşdə ticarət, investisiya, enerji və mədəni mübadilə sahələri də daxil olmaqla, qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi üçün mövcud prioritetlər və perspektivlər müzakirə olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net