Menyu

Tramp: Qrenlandiya ilə bağlı razılaşma ABŞ-yə bütün məqsədlərinə çatmağa imkan verəcək

Operativ Media
Tramp: Qrenlandiya ilə bağlı razılaşma ABŞ-yə bütün məqsədlərinə çatmağa imkan verəcək

Qrenlandiya ilə bağlı əldə ediləcək razılaşma ABŞ-yə istədiyi bütün məqsədlərə çatmağa imkan verəcək.

Operativ Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “New York Post” qəzetinə verdiyi müsahibədə deyib.

“İstədiyimiz hər şeyi əldə edəcəyik. Maraqlı danışıqlar aparırıq”, – deyə o,  qeyd edib.

ABŞ prezidenti daha əvvəl "Fox News"a müsahibəsində Vaşinqtonun Qrenlandiya üçün heç bir ödəniş etməyəcəyini və adada ABŞ üçün zəruri olan bütün hərbi imkanlara çıxış əldə edəcəyini bildirib. Ağ Evin Aparat rəhbərinin müavini Stiven Miller də öz növbəsində qeyd edib ki, Qrenlandiya ilə bağlı razılaşma ABŞ-yə heç nə ödəmədən bütün məqsədlərinə nail olmağa imkan verəcək.

Yanvarın 21-də NATO-nun baş katibi Mark Rutte ilə aparılan danışıqlardan sonra Tramp Qrenlandiya ilə bağlı razılaşmanın əsas konturlarının artıq formalaşdığını açıqlayıb. "Axios" nəşrinin məlumatına görə, Ruttenin prezident Trampa təqdim etdiyi razılaşma layihəsində Danimarkanın Qrenlandiya üzərində suverenliyinin qorunması və adanın müdafiəsinə dair 1951-ci il müqaviləsinin şərtlərinin yenilənməsi nəzərdə tutulur. Bu isə NATO-nun zəruri hesab etdiyi halda ABŞ-yə Qrenlandiyada hərbi bazalar və “müdafiə zonaları” yaratmaq imkanı verəcək.

Əlaqəli Xəbərlər