Menyu

Zelenski Rusiya və ABŞ ilə yeni danışıqlar raunduna hazır olduqlarını açıqlayıb

Operativ Media
Zelenski Rusiya və ABŞ ilə yeni danışıqlar raunduna hazır olduqlarını açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın və ABŞ-nin iştirakı ilə potensial olaraq gələn həftə keçirilə biləcək yeni danışıqlar raunduna hazır olduqlarını təsdiqləyib.

Operativ Media xəbər verir ki, o, bu haqda "Telegram" kanalında yazıb:

“Qarşıdan gələn görüş üçün məsələlərin siyahısını müəyyənləşdirilib. Əgər qarşı tərəflər irəliləməyə hazırdırsa və Ukrayna da hazırdırsa, növbəti görüşlər, ehtimal ki, gələn həftə keçiriləcək”.

Zelenski bildirib ki, tərəflər iki gün ərzində bir çox məsələləri müzakirə edə biliblər və danışıqlar prosesi ümumilikdə konstruktiv keçib.

Yanvarın 23-də Əbu-Dabidə üçtərəfli təhlükəsizlik məsləhətləşmələrinin ilk günü baş tutub. İkinci görüş isə yanvarın 24-də keçirilib. Rusiya tərəfinin danışıqlar qrupuna Silahlı Qüvvələrin Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov rəhbərlik edib. Üçtərəfli işçi qrupunun Ukrayna hissəsinə isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov başçılıq edib.

Daha sonra “Axios” nəşrinin jurnalisti Barak Ravid Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların növbəti mərhələsinin gələn həftə Əbu-Dabidə keçirilə biləcəyini bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər