Əfqanıstanda güclü qar və yağış 61 nəfərin ölümünə səbəb olub
Operativ Media

Əfqanıstanda güclü qar və yağış nəticəsində ən azı 61 nəfər ölüb, 110 nəfər yaralanıb .
Operativ Media bu barədə "Khaama Press"ə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, Əfqanıstanda çərşənbə günündən cümə gününə qədər müşahidə olunan ekstremal hava şəraiti bir neçə əyalətdə, xüsusən də infrastrukturun təbii fəlakətlərə ən çox məruz qaldığı kənd və dağlıq ərazilərdə ciddi ziyana səbəb olub. Xüsusilə, qar fırtınası səbəbindən 458 ev tamamilə və ya qismən dağılıb, əsas magistral yollar bağlanıb.
Agentlik qeyd edir ki, meteoroloji proqnozlar Əfqanıstanın bəzi bölgələrində qar yağmasının davam edəcəyini göstərir. Hava şəraitinin pisləşməsi yeni tələfatlara səbəb ola bilər.