Menyu

Çexiya Ukraynaya L-159 təyyarələri tədarük etməyəcək

Operativ Media
Çexiya Ukraynaya L-159 təyyarələri tədarük etməyəcək

Çexiyanın L-159 təyyarələrinin Ukraynaya tədarükü ehtimalı ilə bağlı müzakirələr uydurmadır.

Operativ Media-nın məlumatına görə, Çexiyanın Baş naziri Andrey Babiş bildirib ki, Ukrayna üçün L-159 təyyarələri yoxdur və heç vaxt da olmayacaq.

Daha əvvəl Çexiya Ordusunun Baş Qərargah rəisi, general Karel Rexa jurnalistlərə açıqlamasında qeyd edib ki, onun fikrincə, Ukraynaya dörd ədəd L-159 təyyarəsinin verilməsi Çexiyanın təhlükəsizliyinə təsir göstərməyəcək. Çünki bu təyyarələr artıq ölkənin hava hücumundan müdafiə sistemində mühüm rol oynamır və hazırda əsasən təlim məqsədilə istifadə olunur. Rexa əlavə edib ki, L-159 təyyarələri mərhələli şəkildə xidmətdən çıxarılacaq.

Babişin sözlərinə görə, Baş Qərargah rəisinin mövqeyi müdafiə naziri Yaromir Zunanın fikirləri ilə ziddiyyət təşkil edə bilməz. Zuna isə daha əvvəl Çexiya ordusunun L-159 təyyarələrinə ehtiyac duyduğunu bildirmişdi.

Əlaqəli Xəbərlər