Menyu

Hindistanın cənubunda baş vermiş yanğında beş nəfər həlak olub

Operativ Media
Hindistanın cənubunda baş vermiş yanğında beş nəfər həlak olub

Hindistanın cənubunda, Telanqana ştatının Haydarabad şəhərində yerləşən dördmərtəbəli mebel mağazasında baş vermiş yanğında azı beş nəfər həlak olub.

Operativ Media-nın məlumatına görə, bu barədə yerli PTI agentliyi rəsmi şəxslərə istinadən xəbər yayıb.

Məlumata əsasən, yanğın şənbə günü başlayıb və yanğınsöndürənlər artıq 20 saatdan çoxdur alovla mübarizə aparırlar.

Ştatın yanğınsöndürmə xidmətinin rəhbəri Vikram Sinqh Mann bildirib ki, mağaza sahibi ehtiyatsızlıq səbəbindən baş verən insan tələfatına görə məsuliyyətə cəlb olunacaq.

Xilasetmə xidmətləri ölənlərin sayının arta biləcəyini istisna etmir, yanğının söndürülməsi əməliyyatı isə hələ də davam edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər