Menyu

Roma Papası Ukrayna üçün çağırış edib

Operativ Media
Roma Papası Ukrayna üçün çağırış edib

Roma Papası XIV Leo Ukraynada sülhün əldə olunması üçün səyləri artırmağa çağırıb.

Operativ Media xəbər verir ki, bu bəyanat Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə keçirilən üçtərəfli danışıqların birinci raundunun yekunlaşması fonunda verilib.

Pontifik ənənəvi bazar günü moizəsindən sonra bildirib: "Düşmənçilik hərəkətlərindən həmişə mülki şəxslər əziyyət çəkir. Bu, xalqlar arasında uçurumu dərinləşdirir, ədalətli və dayanıqlı sülhü uzaqlaşdırır. Mən hər kəsi bu müharibəyə son qoymaq üçün səyləri artırmağa çağırıram".

Daha sonra dindarlara müraciət edən Papa əlavə edib: "Gəlin Ukraynada, Yaxın Şərqdə və xalqların maraqları naminə döyüşlərin getmədiyi hər yerdə sülh üçün dua edək. Sülh xalqların maraqlarına hörmət əsasında qurulur".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər