Yeni Zelandiya ÜST-ə üzvlük və maliyyə öhdəliklərini yenidən nəzərdən keçirə bilər

Yeni Zelandiya Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) töhfələr ödəmək öhdəliklərini ciddi şəkildə yenidən nəzərdən keçirməlidir.
Operativ Media xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Uinston Peters "X" sosial şəbəkəsində yazıb.
O bildirib ki, ABŞ-nin ÜST-dən çıxması təşkilatın mövcud vəziyyətini və onun effektivliyini sual altına alır. Peters qeyd edib:
“ABŞ ÜST-dən çıxdı. Seçilməmiş qlobalist bürokratlar dünyanın vergi ödəyicilərinin pullarını heç bir məsuliyyət daşımadan xərcləyəndə belə olur”. O, həmçinin Yeni Zelandiyanın da vergi ödəyicilərinin vəsaitlərinin ölkə daxilində deyil, xaricdə məsuliyyətlə xərclənib-xərclənmədiyini ciddi şəkildə nəzərdən keçirməli olduğunu vurğulayıb.
Peters ÜST-ün öz funksiyalarını lazımi səviyyədə yerinə yetirməyən, şişirdilmiş bir təşkilata çevrildiyini də bildirib. O, Yeni Zelandiya Radiosuna müsahibəsində “Yeni Zelandiya xalqı qarşısında daşıdığımız məsuliyyətlə bağlı ciddi bir müzakirə aparmalıyıq” deyə qeyd edib və əlavə edib ki, “ÜST-ə üzvlük Yeni Zelandiyaya milyonlarla dollara başa gəlir”.