Avstraliya Trampı tənqid edən ABŞ-dəki səfirini əvəz etdi

Avstraliya hakimiyyəti ABŞ Prezidenti Donald Trampın tənqidçisi Kevin Ruddunu ABŞ-dəki səfir vəzifəsindən geri çağırıb.
Operativ Media xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Entoni Albanese məlumat verib.
Albanesenin ofisi tərəfindən yayımlanan açıqlamada bildirilib ki, hökumət Avstraliyanın Baş Qubernatoru Samanta Mostinə Qreq Moriartinin Avstraliyanın Amerika Birləşmiş Ştatlarındakı səfiri təyin edilməsini tövsiyə edib.
Baş nazir qeyd edib ki, əvvəllər müdafiə naziri (2017-ci ildə) və ABŞ Mərkəzi Komandanlığında fəaliyyət göstərmiş Moriartinin Avstraliya–ABŞ ittifaqının inkişafı sahəsində unikal təcrübəsi var. Onun sözlərinə görə, Moriarti Baş nazirin ofisində beynəlxalq və milli təhlükəsizlik üzrə müşavir, daha sonra isə qərargah rəisi vəzifələrində çalışıb, həmçinin Avstraliya–Böyük Britaniya–ABŞ hərbi ittifaqı olan AUKUS-un hazırlanması və icrasına məsul olan quruma rəhbərlik edib.