Qazaxıstanda Qurultay deputatları nazirlərin istefasına təsir göstərmək hüququna malik olacaqlar
Şəfa Hüseynli
Qazaxıstanda Qurultayın hökumətin işinə təsiri ilə bağlı müddəa Qazaxıstan Respublikasının Konstitusiyasına daxil edilməsi təklif olunur.
Operativ Media xəbər verir ki, bu barədə "Kazinform" məlumat yayıb.
Bildirilib ki, Qurultay deputatları səs çoxluğu ilə nazirlərin taleyinə təsir göstərə biləcəklər.
"Hökumətin və Ali Audit Palatasının büdcə icrası hesabatlarının nəzərdən keçirilməsi və təsdiqlənməsinin Qurultaya həvalə edilməsi təklif olunur. Qurultayın bu hesabatı təsdiqləməməsi hökumətə etimadsızlıq səsverməsi kimi qiymətləndiriləcək",- Senator Nurlan Beknazarov qeyd edib.