Daşkənddə Asiya Olimpiya Şurasının yeni prezidenti seçilib
Şəfa Hüseynli

Qətər Olimpiya Komitəsinin prezidenti Şeyx Cuaan bin Həməd Əl-Tani Asiya Olimpiya Şurasının (AOK) sədri seçilib.
Operativ Media xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
Seçkilər Asiya Olimpiya Şurasının Daşkənddə keçirilən 46-cı Baş Assambleyasında baş tutub.
Təşkilatın seçilmiş rəhbəri bildirib ki, "Asiya Olimpiya ailəsində ən böyük və ən müxtəlif qitədir. Bu müxtəliflik bizim ən böyük gücümüzdür. Lakin bu, həm də qarşılıqlı hörmətə və Olimpiya dəyərlərinə ortaq sadiqliyimizə əsaslanan birlik tələb edir. Birlik vasitəsilə müxtəlifliyi fürsətə çeviririk. Milli Olimpiya Komitələrimizi gücləndirir və gənclərimizə qlobal idman səhnəsində uğur qazanmaq üçün bir platforma təqdim edirik."