Menyu

Alüminium ixracı üzrə göstəricilər açıqlanıb

Operativ Media
Alüminium ixracı üzrə göstəricilər açıqlanıb

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2025-ci ildə ölkədən 242,4 milyon ABŞ dolları dəyərində 85,1 min tondan çox alüminium və ondan hazırlanan məmulatlar ixrac olunub.

Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata görə, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə dəyər ifadəsində 23 faiz, həcm baxımından isə 17,2 faiz çoxdur.

Ümumilikdə 2025-ci ildə ölkədən dəyəri 3,26 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2024-cü ilin müvafiq göstəricisini 13 faiz üstələyir. Hesabat dövründə dəyər ifadəsində alüminium ixracının xüsusi çəkisi 7,44 faizə bərabər olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər