Avropa Birliyi Rusiya qazının alışı ilə bağlı qərar verən şəxslərə 2,5 milyon avro cərimə tətbiq edib
Şəfa Hüseynli
Aİ Şurası 2027-ci ildən etibarən Rusiya qazının alışı ilə bağlı qərar qəbul edən şəxslərə - Avropa enerji şirkətlərinin menecerlərinə və ya yüksək vəzifəli işçilərinə 2,5 milyon avro məbləğində məhkəmədənkənar cərimənin tətbiq olunacağını elan edib.
Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Aİ Şurasının 2027-ci ildən etibarən Rusiya mayeləşdirilmiş təbii qazı və boru kəməri ilə qaz tədarükünün Aİ-yə tam qadağan edilməsi ilə bağlı bəyanatında bildirilir.
Sənəddə deyilir ki, "bu qadağanı pozan şəxslər üçün cərimə 2,5 milyon avro olacaq".