Menyu

Vuçiç: Serbiyada növbədənkənar parlament seçkiləri payızda keçirilə bilər

Şəfa Hüseynli
Vuçiç: Serbiyada növbədənkənar parlament seçkiləri payızda keçirilə bilər

Serbiya Prezidenti Aleksandr Vuçiç ölkədə növbədənkənar parlament seçkilərinin bu payız keçirilə biləcəyini bildirib.

Operativ Media xəbər verir ki, bu barədə "Belta" məlumat yayıb.

"Bu il seçkilər keçiriləcək. Düşünürəm ki, bütün seçkilər payızda keçiriləcək. Düşünürəm ki, bu, daha çox ehtimal olunan variantdır".- Vuçiç qeyd edib.

Vuçiç həmçinin parlament və prezident seçkilərinin birləşdirilməsi ehtimalını da nəzərə alıb.

2025-ci ilin dekabr ayının sonlarında Vuçiç Serbiyada növbədənkənar parlament seçkilərinin 2026-cı ildə keçiriləcəyini açıqlayıb. 

Əlaqəli Xəbərlər