Menyu

Nigeriyanın sahillərində yeni neft yatağı kəşf edilib

Şəfa Hüseynli
Nigeriyanın sahillərində yeni neft yatağı kəşf edilib

Nigeriya Milli Neft Şirkəti (NNPC) Atlantik şelfində, Niger çayının mənsəbinin yaxınlığında böyük bir neft yatağının kəşf edildiyini elan edib.

Operativ Media xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.

Bildirilib ki, qazma işləri suyun dərinliyinin 12 metrə çatdığı Qvineya körfəzində aparılıb. Quyu 3700 metr dərinliyə qədər qazılıb. Ümumi qalınlığı təxminən 205 metr olan bir neçə neftli lay aşkar edilib.

Şirkət mütəxəssislərinin tezliklə bu yataqda təxmini neft ehtiyatlarını təqdim etmələri gözlənilir. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər