Yaponiyada növbədənkənar parlament seçkiləri ilə bağlı seçki kampaniyası başlayır
Şəfa Hüseynli
Yaponiyada 8 fevrala planlaşdırılan Nümayəndələr Palatasına (aşağı palata) növbədənkənar seçkilər üçün seçki kampaniyası başlayır.
Operativ Media xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb.
Bildirilib ki, ölkənin müharibədən sonrakı tarixində ən qısa müddət olacaq və populyarlığının zirvəsinə yaxınlaşan Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi hakim koalisiyaya üstünlük verəcək.
Yaponiya mediasının məlumatına görə, parlamentin əsas aşağı palatasında 465 yer uğrunda təxminən 1200 namizəd mübarizə aparır. Bunlardan 289-u tək üzvlü seçki dairələrində, daha 176-sı isə partiya siyahıları vasitəsilə bölüşdürüləcək.