Menyu

ABŞ-də özəl biznes təyyarəsi qəzaya uğrayıb, 6 nəfər həlak olub

Operativ Media
ABŞ-də özəl biznes təyyarəsi qəzaya uğrayıb, 6 nəfər həlak olub

Bangor hava limanından (Men ştatı) qalxan özəl biznes təyyarəsinin qəzası nəticəsində altı nəfər ölüb.

Operativ Media xəbər verir ki, bu barədə "CBS News" ştat polisinin məlumatına istinadən xəbər yayıb.

Məlumata görə, hadisə bazar günü, yanvarın 25-də yerli vaxtla təxminən saat 19:45-də baş verib. İlkin məlumatlara əsasən, təyyarə uçuş-enmə zolağını tərk etdikdən qısa müddət sonra aşıb və yanıb. Təyyarədə olan bütün sərnişinlər həlak olub.

ABŞ-nin Federal Mülki Aviasiya Administrasiyası (FAA) daha əvvəl yeddi nəfərin öldüyünü və bir nəfərin sağ qaldığını bildirsə də, sonradan bu məlumat dəqiqləşdirilib.

Hazırda FAA və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) qəzanın səbəblərini araşdırır.

Televiziya kanalının məlumatına görə, təyyarə Texas ştatının Hyuston şəhərində yerləşən bir hüquq şirkətinin adına qeydiyyatda olub.

Qəzanın əlverişsiz hava şəraiti ilə əlaqəli olduğu bildirilir. Belə ki, ABŞ-nin şimal-şərq bölgəsində güclü qar fırtınası müşahidə olunur.

Əlaqəli Xəbərlər