Menyu

Suriya və Rusiya prezidentləri Moskvada görüşəcəklər

Operativ Media
Suriya və Rusiya prezidentləri Moskvada görüşəcəklər

Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa yanvarın 28-də Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşmək məqsədilə Moskvaya səfər edəcək.

Operativ Media xəbər verir ki, bu barədə “Syria TV” məlumat yayıb.

Məlumatda bildirilir: “Suriya prezidenti Əhməd əl-Şaraa çərşənbə günü, yanvarın 28-də Moskvaya səfər edəcək və rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək”.

Qeyd edək ki, Suriya lideri sonuncu dəfə Moskvaya ötən ilin oktyabr ayının ortalarında səfər edib. Həmin vaxt Vladimir Putin və Əhməd əl-Şaraa ikitərəfli münasibətləri müzakirə ediblər. Bu görüş Suriya Ərəb Respublikasında hakimiyyət dəyişikliyindən sonra Rusiya ilə Suriya arasında baş tutan ilk yüksək səviyyəli təmas olub.

Əlaqəli Xəbərlər