Menyu

Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard dolları ötüb

Operativ Media
Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard dolları ötüb

Bu il yanvarın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard 56,4 milyon ABŞ dollarına çatıb. Bu göstərici ölkənin makroiqtisadi dayanıqlığının və maliyyə təhlükəsizliyinin gücləndiyini göstərir.

Operativ Media xəbər verir ki, strateji ehtiyatların 86,5 %-i və ya 73 milyard 541,5 milyon ABŞ dolları Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF), 13,5 %-i və ya 11 milyard 514,9 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

IV rübdə valyuta ehtiyatlarında 3,6 milyard dollarlıq artım

2025-ci ilin IV rübü ərzində Azərbaycanın valyuta ehtiyatları 3 milyard 584,2 milyon ABŞ dolları, yəni 4,4 % artıb. Artım əsasən Dövlət Neft Fondunun aktivlərinin yüksəlməsi hesabına qeydə alınıb.

Belə ki, sözügedən dövrdə ARDNF-in valyuta ehtiyatları 3 milyard 379,8 milyon ABŞ dolları (4,8 %) artıb. Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarında isə 204,4 milyon ABŞ dolları (1,8 %) artım müşahidə olunub.

Son bir ildə valyuta ehtiyatları təxminən 20 % artıb

Son 1 il ərzində Azərbaycanın strateji valyuta ehtiyatları 14 milyard 165,5 milyon ABŞ dolları, yəni 19,8 % yüksəlib. İl ərzində ARDNF-in valyuta ehtiyatları 13 milyard 510,1 milyon ABŞ dolları (22,5 %) artım nümayiş etdirib.

Eyni zamanda, AMB-nin valyuta ehtiyatları 555,4 milyon ABŞ dolları və ya 5,1 % artıb. Mütəxəssislər bu artımı neft-qaz gəlirləri, effektiv fiskal siyasət və ehtiyatların düzgün idarə olunması ilə əlaqələndirirlər.

Qeyd edək ki, strateji valyuta ehtiyatlarının artması Azərbaycanın xarici şoklara qarşı dayanıqlığını gücləndirir və milli iqtisadiyyat üçün mühüm təhlükəsizlik yastığı rolunu oynayır.

Əlaqəli Xəbərlər