Avrasiya İqtisadi Komissiyası Şurası ticarət üçün vahid qaydalar tətbiq edəcək
Şəfa Hüseynli
Avrasiya İqtisadi Komissiyası (AİK) Şurası Avrasiya İqtisadi Birliyində Malların Elektron Ticarəti haqqında Saziş layihəsini təsdiqləyib.
Operativ Media xəbər verir ki, bu barədə "Kazinform" məlumat yayıb.
Bildirilib ki, sənədin imzalanması üçün lazımi prosedurları tamamlamaq üçün üzv dövlətlərə göndərilib.
Layihə, 2021-ci ildə Birliyə üzv ölkələrin hökumət başçıları tərəfindən təsdiq edilmiş AİB-də elektron ticarətin inkişafı üçün əlverişli şəraitin yaradılması üzrə yol xəritəsinin həyata keçirilməsi çərçivəsində hazırlanmışdır.
Onun əsas məqsədi daxili bazarda bu ticarət növünün tətbiqi üçün ümumi qaydaları müəyyən etməkdir.