Menyu

Qazaxıstan və İsrail vizasız səyahət haqqında memorandum imzalayıblar

Şəfa Hüseynli
Qazaxıstan və İsrail vizasız səyahət haqqında memorandum imzalayıblar

Qazaxıstan və İsrail xarici işlər nazirləri Yermek Koşerbayev və Gideon Saar bir sıra ikitərəfli sənədlər imzalayıblar.

Operativ Media xəbər verir ki, bu barədə Qazaxıstan XİN məlumat yayıb.

Bildirilib ki, bunlara milli pasport sahiblərinin viza tələblərindən azad edilməsi barədə sazişin mümkün bağlanması barədə niyyət memorandumları, ictimai diplomatiya sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu və diplomatik kadrların hazırlanması sahəsində əməkdaşlığı nəzərdə tutan sənəd daxildir.

Danışıqlar zamanı ticarət, iqtisadi, investisiya, innovasiya və humanitar əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər