Menyu

Hindistanın şərqində anbarda baş verən yanğını nəticəsində 8 nəfər ölüb

Şəfa Hüseynli
Hindistanın şərqində anbarda baş verən yanğını nəticəsində 8 nəfər ölüb

Hindistanın şərqindəki Qərbi Benqal ştatının Anandapur şəhərindəki anbarda baş verən böyük yanğın nəticəsində ən azı səkkiz nəfər ölüb, bir neçə nəfər itkin düşüb.

Operativ Media xəbər verir ki, bu barədə ''Sinxua" məlumat yayıb.

Bildirilib ki, yanğın sənaye zonasındakı anbarlardan birində başlayıb və digər anbarlara yayılıb. Yanğının söndürülməsi üçün on beş yanğınsöndürmə briqadası cəlb edilib. Yanğın artıq söndürülüb.

Xilasedicilər itkin düşənləri axtarır. Hadisənin səbəbi araşdırılır. Yanğının elektrik qısaqapanmasından qaynaqlandığı ehtimal olunur. 

Əlaqəli Xəbərlər