Menyu

"Indian Oil Corp" Braziliyadan neft idxalını artırmağı planlaşdırır

Şəfa Hüseynli
 "Indian Oil Corp" Braziliyadan neft idxalını artırmağı planlaşdırır

Hindistanın ən böyük neft emalı şirkəti olan Indian Oil Corp (IOC) Braziliyadan neft idxalını üçdə bir qədər artıraraq ildə ən azı 24 milyon barelə çatdırmağı planlaşdırır.

Operativ Media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, 2025-2026 maliyyə ilində (hesabat 1 aprel 2025-ci ildə başlayır) Braziliyanın neft idxalı 18 milyon barel təşkil edəcək. Şirkət 1 aprel 2026-cı ildən 31 mart 2027-ci ilə qədər Braziliyadan ən azı 24 milyon barel neft almağı planlaşdırır.

Əlaqəli Xəbərlər