İtaliya İrandakı diplomatik heyətinin sayını azaldır
Şəfa Hüseynli
İtaliya Tehrandakı diplomatik nümayəndəliyindəki işçilərin sayını əhəmiyyətli dərəcədə azaldır və onların əksəriyyəti geri qayıdacaq.
Operativ Media xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasında bildirilib.
İtaliya xarici işlər naziri və Baş nazirin müavini Antonio Tajaninin sədrliyi ilə Xarici İşlər Nazirliyinin böhran qrupunun iclasının keçirildiyi və qərarın verildiyi bildirilir.
"Nazir təsdiqlədi ki, İtaliya vətəndaşlarının maraqları prioritet olaraq qalacaq və diplomatik missiyanın heyətinin əhəmiyyətli dərəcədə azaldılmasını əmr etdi, onlar tezliklə İtaliyaya qayıdacaqlar", - deyə bəyanatda bildirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net