Menyu

Gürcüstanda keçmiş səhiyyə nazirinin müavini saxlanılıb

Şəfa Hüseynli
Gürcüstanda keçmiş səhiyyə nazirinin müavini saxlanılıb

Gürcüstanın keçmiş səhiyyə nazirinin müavini İlya Quduşauri vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə həbs edilib.

Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat verib.

Səhiyyə Nazirliyinin tender satınalma komitəsinə də rəhbərlik etmiş Quduşaurinin nazirliyin 2022-ci ilin sentyabr ayında təcili yardım maşınlarının alınması üçün elan etdiyi tenderin nəticələrinə təsir göstərdiyi bildirilir.

Tenderdə üç şirkət iştirak edib və qalib ən aşağı təklifi verən şirkət olub - 8,5 milyon lari (təxminən 3,2 milyon dollar). Lakin bu tender Quduşaurinin göstərişi ilə dayandırılıb və 2023-cü ilin may ayında yeni bir tender elan edilib. Yeni tenderin şərtləri yalnız bir konkret şirkət üçün uyğun olub və nəticədə qalan təklif verənlər iştirak etməyib.

Nazirlik tenderdə qalib gəlmək üçün əvvəlcədən seçilmiş bir şirkətə əsassız olaraq 2,1 milyon lari (təxminən 794.900 dollar) ödəyərək dövlət maraqlarına zərər vurub. Vəzifəli şəxsin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı araşdırma aparılır.





Əlaqəli Xəbərlər