Qazaxıstan Prezidenti İsrail XİN rəhbərini qəbul edib
Şəfa Hüseynli
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İsrail xarici işlər naziri Gideon Saarı qəbul edib.
Operativ Media xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.
Görüşdə ticarət, iqtisadi, elmi və texniki əməkdaşlığın gücləndirilməsinə, süni intellekt, kənd təsərrüfatı və su ehtiyatlarının idarə olunması sahələrində birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilib.