Menyu

Rusiya miqrasiya siyasətində dəyişiklik edir

Operativ Media
Rusiya miqrasiya siyasətində dəyişiklik edir

Miqrant öz ölkəsində cinayət törətmişdirsə, ona Rusiya vətəndaşlığı və ya yaşayış icazəsi verilməyəcək.

Operativ Media xəbər verir ki, bu müddəa Rusiya Daxili İşlər Nazirliyinin hazırladığı qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Rusiya vətəndaşlığı və ya yaşayış icazəsi almaq üçün müraciət edən miqrantlardan cinayət keçmişinin olmaması barədə rəsmi arayış tələb olunacaq. Sözügedən sənədin əcnəbi tərəfindən öz vətəndaşı olduğu ölkədə alınması nəzərdə tutulur.

Rusiya Daxili İşlər Nazirliyinin təqdim etdiyi bu qanun layihəsi Rusiya Federasiyasının Nazirlər Kabineti tərəfindən də dəstəklənib.

Əlaqəli Xəbərlər