Qırğızıstan-Gürcüstan siyasi məsləhətləşmələri keçirilib
Şəfa Hüseynli
Bişkekdə Qırğızıstan və Gürcüstan Xarici İşlər nazirlikləri arasında Qırğızıstan-Gürcüstan siyasi məsləhətləşmələrinin 4-cü raundu keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qırğızıstan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Meder Abakirov, Gürcüstan nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Aleksandr Xvtisiaşvili rəhbərlik edib.
Məsləhətləşmələr zamanı Qırğızıstan-Gürcüstan əməkdaşlığının siyasi, ticarət-iqtisadi, mədəni-humanitar və digər sahələrdə aktual məsələləri müzakirə olunub.