Bayden: Hökümət qəsdən öz vətəndaşlarını hədəf alır
Operativ Media

ABŞ-nin keçmiş prezidenti Cozef Bayden Tramp administrasiyasını sərt şəkildə tənqid edib.
Operativ Media xəbər verir ki, Bayden bildirib ki, hazırkı hökumət qəsdən öz vətəndaşlarını hədəf alır.
Bayden sosial şəbəkə hesabında yazıb:
“Minnesota xalqı bu administrasiyanın əlindən kifayət qədər əziyyət çəkib. ABŞ-da zorakılıq və terrorun yeri yoxdur, xüsusən də öz hökumətimiz Amerika vətəndaşlarını hədəf aldıqda. Biz öz vətəndaşlarını küçələrdə güllələyən və ya Konstitusiyanın Dördüncü Düzəlişini pozan bir millət deyilik.”
Sabiq prezident vurğulayıb ki, zorakılıq və konstitusiyaya hörmətsizlik ABŞ-nin əsas dəyərlərinə ziddir və belə hallar qəbul edilməməlidir.