Donald Tramp ABŞ qüvvələrinin İrana doğru hərəkət etdiyini açıqlayıb
Operativ Media

ABŞ prezidenti Donald Tramp əsas Amerika qüvvələrinin İrana doğru hərəkət etdiyini açıqlayaraq, Tehranın razılığa gələcəyinə ümid etdiyini bildirib.
Operativ Media xəbər verir ki, Ayova ştatında tərəfdarları qarşısında çıxış edən Tramp İran məsələsinə toxunub və ABŞ-nin 2025-ci ilin iyununda İranın “nüvə imkanlarını məhv etdiyi” iddiasını bir daha təkrarlayıb. O, Fordo, Nətənz və İsfahandakı İran nüvə obyektlərinə endirilən zərbələri şərh edərək deyib: “Daha bir ay keçsəydi, onlar nüvə silahına sahib olacaqdılar və biz bunu etməyə məcbur olduq”.
Prezident əlavə edib: “Yeri gəlmişkən, hazırda daha bir böyük və gözəl armada zərif şəkildə İrana doğru irəliləyir. Görək nə olacaq. Ümid edirəm ki, onlar razılığa gələcəklər”.