Menyu

ABŞ Prezidenti gömrük tariflərinin maliyyə nəticələrini açıqladı

Operativ Media
ABŞ Prezidenti gömrük tariflərinin maliyyə nəticələrini açıqladı

ABŞ Prezidenti Donald Tramp gömrük tariflərinin ölkəyə təxminən 600 milyard dollar gəlir gətirdiyini açıqlayıb.

Operativ Media xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına verdiyi müsahibədə bildirib.

Prezident qeyd edib: “Tariflər uğur üçün vacibdir. Biz 600 milyard dollarlıq tarif gəliri əldə etmişik”.

Tramp əlavə edib ki, əgər ABŞ Ali Məhkəməsi tarif tədbirlərini etibarsız hesab edərsə, administrasiya onların əvəzini tapacaq.

Xatırladaq ki, Tramp 2025-ci il aprelin 2-də 185 ölkədən idxal olunan məhsullara tariflər tətbiq etdiyini elan edib. Daha sonra bir sıra ölkələrdən gətirilən mallar üçün tarif dərəcələrinə dəyişiklik edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər