Menyu

Ueno zooparkında saxlanılan panda əkizləri Çinə qaytarılıb

Operativ Media
Ueno zooparkında saxlanılan panda əkizləri Çinə qaytarılıb

Əvvəllər Tokionun Ueno zooparkında saxlanılan nəhəng panda əkizləri Xiao Xiao və Lei Lei Çinə qaytarılıb.

Operativ Media xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Yanvarın 28-də yerli vaxtla saat 01:00-da (Bakı vaxtı ilə 21:00) Ueno zooparkında yaşayan Xiao Xiao və Lei Lei sağ-salamat Siçuan əyalətinin Çendu şəhərində yerləşən Tianfu Beynəlxalq Hava Limanına çatdırılıb. Daha sonra pandalar Siçuan əyalətinin Ya’an şəhərində fəaliyyət göstərən Nəhəng Pandaların Mühafizəsi və Tədqiqat Mərkəzinə aparılaraq karantinə alınıb.

Pandaların Çinə göndərilməsindən sonra Yaponiya yarım əsrdən sonra ilk dəfə zooparklarında pandasız qalıb. Tokio zooparkı administrasiyasının məlumatına görə, pandaların köçürülməsi ilə bağlı yaranan böyük maraq səbəbindən yanvarın 25-nə nəzərdə tutulan ziyarət üçün biletlər ilkin olaraq lotereya üsulu ilə paylanıb.

Əlaqəli Xəbərlər