ABŞ rəsmi olaraq Paris İqlim Sazişindən çıxıb
Şəfa Hüseynli
ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin yanvar ayında andiçmə mərasimi günü müqavilədən çıxmaq barədə sərəncam imzalayıb.
Operativ Media xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Katibliyi məlumat yayıb.
Paris Sazişi qlobal istiləşməni məhdudlaşdırmaq və iqlim dəyişikliyinin ən dağıdıcı nəticələrinin risklərini azaltmaq məqsədi daşıyır.
Amerika tərəfi həmçinin beynəlxalq iqlim konfranslarında iştirakını dayandıracaq.
Bundan əlavə, qərar ən az inkişaf etmiş ölkələrin iqlim dəyişikliyinə uyğunlaşmasına və onun nəticələrindən qorunmasına kömək edən proqramların maliyyələşdirilməsinin azalmasına səbəb ola bilər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net