Menyu

Cənubi Koreya prezidenti "şəkər vergisi" təklif edib

Şəfa Hüseynli
Cənubi Koreya prezidenti "şəkər vergisi" təklif edib

Cənubi Koreya Prezidenti Li Çje Myonq əldə edilən gəliri səhiyyəyə yönəltmək məqsədilə yüksək şəkərli məhsullara aksiz vergisi tətbiq etmək imkanını müzakirə etməyi təklif edib.

Operativ Media xəbər verir ki, bu barədə "Seoul Gazette" məlumat yayıb.

Məlumata görə, Cənubi Koreyalıların 80%-i yüksək şəkər tərkibli məhsullar istehsal edən şirkətlərə vergi tətbiq etmək təklifini dəstəkləyir. Bunlardan 75%-i hesab edir ki, vergi qazlı içkilərə tətbiq olunmalıdır, 72%-i isə çörək və şirniyyat məmulatlarına istinad edib.

Respondentlərin 94,4%-i məhsul qablaşdırmalarına şəkərin təhlükələri barədə xüsusi xəbərdarlıq yerləşdirilməsi ideyasını dəstəkləyib.

Əlaqəli Xəbərlər