Menyu

Paşa Bank biznes kreditləri portfelini 3,1 milyard manatdan çox artırıb

Şəfa Hüseynli
Paşa Bank biznes kreditləri portfelini 3,1 milyard manatdan çox artırıb

Azərbaycan iqtisadiyyatının inkişafına töhfə vermək strategiyası çərçivəsində Paşa Bank son illərdə korporativ, eləcə də kiçik və orta sahibkarlıq subyektləri üzrə müştərilərinin sayını əhəmiyyətli dərəcədə artırıb.

Operativ Media xəbər verir ki, bu barədə Paşa Bankın səhmlərinin ilkin kütləvi təklifi (IPO) üzrə hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransında Bankın İdarə Heyətinin sədri Cavid Quliyev məlumat verib.

Onun sözlərinə görə, Bankın biznes kreditləri portfeli 2025-ci ilin sonuna qədər rekord səviyyəyə çataraq 3,1 milyard manatdan çox olub. 

Qeyd edilib ki, bu dövrdə bank risklərinin idarə edilməsi, İT və texnologiyalar, eləcə də müştəri əlaqələri sahələrini əhatə edən genişmiqyaslı institusional transformasiya mərhələsini uğurla keçib. Ölkənin 18 regionunda formalaşdırılmış dayanıqlı gəlir mənbələri və güclü bazar mövqeyi Bankın ilkin kütləvi təklifə (IPO) hazırlaşmasına imkan yaradıb.


Əlaqəli Xəbərlər