Menyu

Azərbaycan ilə Aİ arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Operativ Media
Azərbaycan ilə Aİ arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan ilə Aİ arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Operativ Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz "X" hesabında etdiyi paylaşımda bildirib.

"Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru Gert Yan Koopman ilə yenidən görüşmək xoş oldu.

Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında müzakirələr apardıq, Aİ-nin Azərbaycanın regional nəqliyyat və əlaqəlilik təşəbbüslərinə dəstək imkanlarını dəyərləndirdik", - nazir qeyd edib.


Əlaqəli Xəbərlər