Rusiyaya gələn əcnəbilər hepatit B, C və D testindən keçəcəklər
Operativ Media

Bu ildən Rusiyaya gələn əcnəbilər hepatit B, C və D üçün testdən keçiriləcək.
Operativ Media RİA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım və Sağlamlıq Risklərinin İdarə Edilməsi Departamentinin direktor müavini Natalya Pakskinaməlumat verib.
O bildirib ki, sərəncam layihəsi hazırda federal icra hakimiyyəti orqanları tərəfindən təsdiqlənir.
Pakskina qeyd edib ki, Rusiya Səhiyyə Nazirliyi tibbi müayinələrlə bağlı nazirliyin əmrinə düzəlişlər hazırlayıb və son mərhələdədir.
Qeyd olunur ki, bu addım əcnəbilərin sağlamlıq vəziyyətinin daha yaxından monitorinq edilməsinə və hepatit xəstəliklərinin yayılmasının qarşısının alınmasına yönəlib.