Menyu

ABŞ Konqresinin nümayəndələri Gürcüstana səfər ediblər

Operativ Media
ABŞ Konqresinin nümayəndələri Gürcüstana səfər ediblər

Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfirliyi Konqres heyətinin Gürcüstana səfəri ilə bağlı məlumat yayıb.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin Gürcüstandakı səfirliyi məlumat yayıb.

Səfirliyin açıqlamasına görə, heyət Gürcüstan rəsmiləri və müxalifət liderləri ilə görüşəcək, həmçinin ölkədəki mövcud vəziyyətlə tanış olmaq məqsədilə Tserovanidəki məcburi köçkünlər üçün salınmış yaşayış məntəqəsinə baş çəkəcək.

"Konqres üzvlərinin nümayəndə heyətini Gürcüstanda qəbul etməkdən məmnunuq. Regional səfər çərçivəsində nümayəndə heyətinin üzvləri həm rəsmi görüşlər, həm də sahə ziyarətləri həyata keçirəcəklər", – məlumatda qeyd olunub.


Əlaqəli Xəbərlər