Rusiya və Suriya prezidentləri danışıqlar aparacaq
Şəfa Hüseynli
Rusiya Prezidenti Vladimir Putin Rusiyaya işgüzar səfər edən Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara ilə danışıqlar aparacaq.
Operativ Media xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Peskov bildirib ki, "Suriya Prezidenti Əş-Şaraa Rusiya Federasiyasında işgüzar səfərdədir. Bu gün onunla Əhməd Əş-Şaraa ilə danışıqlar aparılacaq. İşgüzar səhər yeməyi formatında Rusiya-Suriya danışıqları, eləcə də prezidentlə cənab Əş-Şaraa arasında ayrıca söhbət olacaq".