Menyu

Səudiyyə Ərəbistanı öz ərazisindən İrana hücumlar üçün istifadə olunmasına icazə verməyəcək

Şəfa Hüseynli
Səudiyyə Ərəbistanı öz ərazisindən İrana hücumlar üçün istifadə olunmasına icazə verməyəcək

Səudiyyə Ərəbistanı və İran Yaxın Şərqdə davam edən gərginlik fonunda dialoqa və gərginliyin azaldılmasına hazır olduqlarını təsdiqləyiblər.

Operativ Media xəbər verir ki, bu barədə "Saudi Gazette" məlumat yayıb.

İran Prezidenti Məsud Pezeşkian Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla danışıqlar aparıb.

İran Prezident Administrasiyasının məlumatına görə, Pezeşkian İslam ölkələrinin birliyinin və həmrəyliyinin regional təhlükəsizliyin təmin edilməsində əsas rol oynadığını vurğulayıb.

Pezeşkian həmçinin Tehranın sülhü, gərginliyin azaldılmasını və münaqişələrin qarşısının alınmasını təşviq edən istənilən prosesləri dəstəkləməyə hazır olduğunu bir daha təsdiqləyib və müsəlman ölkələrinə İrana dəstəklərinə görə minnətdarlığını bildirib.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi öz növbəsində İrana qarşı hər hansı bir təcavüz və ya eskalasiya formasını rədd etdiyini bəyan edib.

Əlaqəli Xəbərlər