Menyu

Türkiyədə İrana casusluq etməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb

Şəfa Hüseynli
Türkiyədə İrana casusluq etməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və polisin birgə keçirdiyi əməliyyat zamanı İrana casusluq etməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Bildirilib ki, şəbəkə üzvləri ölkədəki kritik dövlət obyektləri və hərbi bazalar haqqında məlumatlar toplayaraq İran kəşfiyyatına ötürməkdə şübhəli bilinirlər.

İstanbulda saxlanılan həmin şəxslərdən 5-i türkiyəli, biri isə iranlıdır.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər