Ötən il qeyri-neft-qaz sektoru üzrə büdcə daxilolmaları 3,6 faiz artıb
Operativ Media
2025-ci il dövlət büdcəsinin gəlirləri 39 131,1 milyon manat, xərcləri 38 603,6 milyon manat icra olunub, 527,5 milyon manat məbləğində profisit yaranıb.
Operativ Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları 2025-ci il üzrə dövlət büdcəsinin ümumi daxilolmalarının 51,9 faizini təşkil etməklə 20 302,7 milyon manat olub ki, bu da 2024-cü illə müqayisədə 3,6 faiz çoxdur.
Neft-qaz sektoru üzrə daxilolmalar 18 828,4 milyon manat təşkil edib ki, bu da 2024-cü ilin göstəricisini 7,2 faiz üstələyir.