Qırğızıstan Hindistandan heyvanların idxalına müvəqqəti məhdudiyyət tətbiq edib
Şəfa Hüseynli
28 yanvar 2026-cı il tarixindən etibarən Qırğızıstanda mal-qara, otlaqlar və Yem İnkişafı üzrə Baytarlıq Xidməti Hindistandan Nipah virusuna həssas heyvanların və heyvan məhsullarının idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edib.
Operativ Media xəbər verir ki, bu barədə ölkənin Su Ehtiyatları, Kənd Təsərrüfatı və Emal Sənayesi Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bu tədbirlər Hindistanda Nipah virusunun yayılmasına cavab olaraq və ölkənin baytarlıq və sanitariya təhlükəsizliyini təmin etmək məqsədilə görülüb.